Zəlzələ qurbanlarının sayı 130 nəfəri keçdi

8 Avqust 2018 14:34 (UTC+04:00)

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində on minlərlə bina dağılıb, 150 min yerli sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb. İndoneziyanın Təbii Fəlakət Nəticələrinin Aradan Qaldırılması üzrə Agentliyinin nümayəndəsi brifinqdə çıxışı zamanı axtarış-xilasetmə işlərinin davam etdiyini, həlak olanların və yaralananların sayının arta biləcəyini deyib.

Xatırladaq ki, avqustun 5-də yerli vaxtla saat 11:45-də İndoneziyanın Lombok adası rayonunda 7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri adanın şimal hissəsində yer səthindən 10,5 kilometr dərinlikdə yerləşib.

AzNews.az