Restoranlara daha bir xəbərdarlıq

8 Avqust 2018 14:38 (UTC+04:00)

Bunu "Qafqazinfo"ya açıqlamasında ETSN-in Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb: "Görülən tədbirlərdən sonra eyni vəziyyət davam edərsə, nazirlik həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlar müraciət edəcək".

İ.İbrahimova xatırladıb ki, İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslərin 3500-4500, hüquqi şəxslərin 20000-25000 manat məbləğində cərimə oluması nəzərdə tutulur.

AzNews.az