21 yaşlı gənc çayda boğuldu - Yenilənib

8 Avqust 2018 15:38 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verir ki, Məzahim Məmmədovun meyiti aidiyyəti üzrə təhvil verilib.

***
14:50

Salyan rayon sakini çayda boğulub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Məzahim Qabil oğlu Məmmədov ərazidən keçən Akkuşa çayında çimərkən suda boğulub. Hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az