Ərazi nümayəndəliyi Rasim Həsənov AzNews.az-a açıqlamasında bildirib ki, həmin süjet efirə gedəndən sonra sözügedən əraziyə baxış keçirilib və orada körpünün pullu olması ilə bağlı hər hansı elan görməyib:
“İstər sahibkar, istərsədə hər hansı imkanlı şəxsin ixtiyarı çatmır ki, orada öz başına körpü salsın. Körpünü dövlət salır. Biz həmin süjetdən sonra dərhal həmin ünvana getdik. Orada elə bir elan görmədik. Bəlkə də olub, amma biz ora baxış keçirəndə körpünün pullu olması ilə bağlı heç bir elana rast gəlmədik. Sahibkar hansı maraqla deyə bilər ki, körpünü mən təmir etdirmişəm? Belə şey yoxdur”.
Qeyd edək ki, ARB kanalında Şəkidə korpünün pullu olması ilə bağlı süjet yayımlanıb. Süjetdə bildirib ki, körpü bir sahibkar tərəfindən təmir olunub və onun tapşırığı ilə oradan istifadə edən hər bir sürücü sahibkara 1 manat pul ödəməlidir.
Onu da qeyd edək ki, AzNews.az sözügedən süjeti ictimailəşdirdikdən sonra məsələ həllini tapıb.
Bahar RÜSTƏMLİ
AzNews.az