AzNews.az BBC-yə istinadən bildirir ki, baş nazir Tereza Mey də məsələ ilə bağlı “bu, qəlbə dəyən bir şeydir” şəklində münasibət bildirib.
Conson bir ay əvvəl Britaniyanın Avropa İttifaqından çıxması prosesi ilə əlaqədar xarici işlər naziri vəzifəsindən istefa etmişdi.
İngiltərə Müsəlmanlar Şurası Consonu ifrat sağçılara dəstək verməklə təqsirləndirdiyi halda, Mühafizəkarlar və Leyboristlər partiyasının bəzi deputatları keçmiş nazirdən üzr istəməyini tələb ediblər.
Qeyd edək ki, Conson Danimarkadakı hicab qadağası ilə bağlı “The Daily Telegraph” qəzetindəki məqaləsində belə bir qərarın əleyhinə olduğunu, lakin “hicab bağlayan qadınlar çox gülməli görünürlər, onlar poçt qutusuna oxşayırlar” – deyə, yazmışdı.
Boris Conson müsəlman qruplar, Mühafizəkarlar və müxalifətin tənqidlərinə hələ ki, cavab verməyib. Şeyx isə Consonun bundan sonra üzr istəsə də, faydası olmayacağını qeyd edib.
Nurlan AĞA
AzNews.az