Türkiyədə daşqın: 4 yaralı, 165 zərərçəkən

8 Avqust 2018 17:48 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən yazır ki, daşqın səbəbilə bir çox insan evlərində və iş yerlərində köməksiz vəziyyətdə qalıblar. Ünyə bələdiyyəsi vətəndaşların xilas olunması ilə bağlı işləyir. Bununla yanaşı, əraziyə sahil təhlükəsizlik helikopteri də göndərilib. Ordu-Samsun yolu üzərindəki körpülər də hər iki tərəfdən bağlanılıb.

Ünyə bələdiyyə sədri Əhməd Çamyar 4-cü körpünün yıxılmış vəziyyətdə olduğu, dörd nəfərin xəsarət aldığı, 165 nəfərlə birlikdə tekstil fabrikində xilas olunmağı gözlədiklərini bildirib.

Fatsa bələdiyyə sədri də dağıntıların olduğu ilə bağlı açıqlama verib.

Qeyd edək ki, kənd təsərrüfatı sahəsində də 30 ton fındığa ziyan dəyib.

Nurlan AĞA
AzNews.az