“Mənimlə Ronaldoya bənzədiyim üçün şəkil çəkdirirlər“

27 Mart 2013 11:50 (UTC+04:00)
Adananın ""Seyhan Spor" futbol komandasında oynayan Gökmən Aydoğan Real Madridin portuqaliyalı ulduzu Kriştian Ronaldoya oxşarlığı ilə hər kəsin diqqətini özünə cəlb edib.

Kiçik yaşda futbola başlayan və Ronaldonu özünə nümunə götürən Aydoğan, böyük qardaşının Ronaldoya oxşadığını söylədiyi gündən sonra Ronaldo kimi geyinib, Ronaldo kimi futbol oynamağa başlayıb. O, bu oxşarlıq səbəbi ilə, yolda gəzərkən hər kəsin diqqətini cəlb etdiyini deyib. Aydoğan, Ronaldoya bənzədiyi üçün işlədiyi barın müdirinin onu barın qarşısında qoyduğunu da bildirib. "Məni görən qızlar dərhal yanıma gəlir. Mənimlə Ronaldoya bənzədiyim üçün şəkil çəkdirib, söhbət edirlər. Məndən imza alan turistlər çaşbaş qalırlar. Məni Ronaldo hesab edirlər. Mənim bu oxşarlığım sayəsində barın müştərilərinin sayı da çox olur"-, deyə Aydoğan qeyd edib. Gənc futbolçu tək xəyalının Ronaldo ilə tanış olub, onu görmək olduğunu ifadə edib.

Xəyalə Məmmədova
AzNews.az