Neftçalada qəza gənc piyadının ölümünə səbəb oldu

8 Avqust 2018 20:37 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən, təxminən, 18-20 yaş arasında gənci vuraraq öldürüb.

Meyit Salyandakı morqa gətirilib. Həmin piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.