AzNews.az Report-a istinadən xəbər verir ki, gün ərzində şəhərin Heydər Əliyev prospekti, Samux küçəsi və digər ərazilərində 80–dən artıq avtomobil saxlanılıb.
Reyd zamanı xüsusi cihaz vasitəsi ilə avtomobillərdən ətrafa yayılan ekoloji tullantıların həcmi müəyyən edilib. Mühərriklərində problemlər və tullantıların normadan artıq həcmi müəyyən olunan avtomobillərin sürücülərinə qarşı 50 inzibati protokol tərtib olunub.
Reydlər növbəti günlərdə də davam etdiriləcək.