Tufan 4 yaponu xəstəxanalıq etdi

9 Avqust 2018 11:46 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı bölgələrdəki müxbir məntəqələrinə istinadla məlumat yayıb.

Həmin şəxslərin İbaraki, Çiba və Kanaqava prefekturalarında xəsarət aldıqları bildirilir.

Xəbər verdiyimiz ki, avqustun 8-dən 9-na keçən gecə “Şanşan” tufanı Hönşü adasının şimal-şərq sahillərindən və paytaxt regionundan keçərək şimal və şimal-şərq istiqamətində hərəkət edib. Tufan özü ilə şiddətli külək və aramsız yağışlar gətirib. Nəticədə həmin regionda 108 aviareys təxirə salınıb, ictimai nəqliyyatın hərəkətində fasilələr yaranıb.

Tufanın mərkəzində hava təzyiqinin 975 hektapiksel təşkil etdiyi, küləyin sürətinin isə saniyədə 35 metrə çatdığı bildirilir.

Sinoptiklər sakinləri güclü küləkdən, hündür dalğalardan və aramsız yağışlardan qorunmağa çağırırlar.

AzNews.az