Şimali və Cənubi Koreya rəsmiləri arasında növbəti görüş

9 Avqust 2018 11:56 (UTC+04:00)

"Report" "Russia Today"ə istinadən xəbər verir ki, danışıqların məqsədi iki ölkə lideri arasında yeni sammitin hazırlığının mümkünlüyü barədə müzakirələr aparmaq olacaq.

Görüş Phanmuncom sərhəd məntəqəsində keçiriləcək. Cənubi Koreya nümayəndə heyətinə birləşmə naziri Ço Myon Qyon rəhbərlik edəcək.

Qeyd edək ki, daha əvvəl KXDR və Cənubi Koreyanın nəqliyyat qurumlarının nümayəndələri iki ölkənin avtomobil yollarının birləşdirilməsi üzrə danışıqlara başlayıblar. Bununla Pxenyandan Seula avtomobillə maneəsiz getmək mümkün olacaq.

AzNews.az