Dələduz rahibə 114 il cəza verildi

9 Avqust 2018 12:23 (UTC+04:00)

“Report” TASS-a istinadən xəbər verir ki, o, cəzasının 20 ilini islah müəssisəsində çəkəcək.

Keçmiş rahib dələduzluğa görə 87 il, çirkli pulların yuyulmasına görə isə 24 il azadlıqdan məhrum edilib. Daha 3 ili isə ona kompüter vasitəsilə cinayət törətdiyi üçün veriblər. Keçmiş rahib 15 yaşlı qızı zorlamaqda da ittiham olunur. Məhkəmə bu cinayətlə bağlı cari ilin oktyabrında qərar qəbul edəcək.

Otuz doqquz yaşlı V.Sukpxon ölkə paytaxtı Banqkokun “Remand” adlı həbsxanasında saxlanılır. O, 29 qurbanına 864 min dollar məbləğində kompensasiya ödəməlidir. 2009-2013-cü illərdə monastrın başçısı olanda səlahiyyətlərindən sui-istifadə edərək ianələri mənimsəyib. O, bu vəsaitlər hesabına Buddanın böyük heykəlini qoymaq niyyətində olduğunu bildirib.

Dələduz rahib ianələri şəxsi saytı vasitəsilə özü toplayırmş. Vətəndaşların etimadından istifadə edən Sukpxon ianələrin bir qisminə bahalı qiymətə onlarla avtomobil alıb.

Məhkəmə onun bank hesabındakı 1,3 milyon dolların müsadirə edilməsi barədə də qərar çıxarıb.

AzNews.az