Xəzərlə bağlı danışıqlar nə yerdədir?

9 Avqust 2018 17:07 (UTC+04:00)

Bu barədə AzNews.az saytına diplomatik qaynaqlardan məlumat daxil olub. Halbuki bir müddət öncə İran nəşrləri Xəzərin statusu ilə bağlı qarşı, yumşaq desək, əndazəyə sığmayan şərhlər dərc edirdilər.

Millət vəkili, politoloq Rasim Musabəyov isə hesab edir ki, Xəzərin statusu ilə bağlı danışıqlarda irəliləyiş olması müəyyən ortaq qərarların verilməsi ilə nəticələnəcək: “Böyük ehtimalla statusla bağlı qərarlar veriləcək. Lakin Azərbaycanın Xəzərlə bağlı nə İranla, nə də Türkmənistanla mübahisələri bununla tamamlanmır. Çıxarılacaq qərarlar mübahisələri həll etmək üçün isə hüquqi əsasları gücləndirəcək. İran mətbuatında Xəzərin bölünməsi ilə bağlı səslənən fikirlər qəbul oluna bilməz. Zənnimcə, sahilin uzunluğundan asılı olaraq hər ölkə üzrə sektorlar müəyyənləşəcək. Mübahisələr daha sonra iki tərəfli qaydada danışıqlar yolu ilə həll edilməlidir".

Pərvanə AĞAZADƏ
AzNews.az