Qərargah rəisləri Moskvada görüşəcəklər
27 Mart 2013 12:40 (UTC+04:00)
MDB-yə üzv olan ölkələrin Silahlı qüvvələri Qərargah rəisləri Komitəsinin aprelin 10-da Moskvada iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "UNN" agentliyinə Birlik ölkələrin Müdafiə Nazirləri Şurası katibliyinin mətbuat katibi Mixail Sebastyanov bildirib.
"MDB-nin Qərargah rəisləri Komitəsinin işində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ukrayna Silahlı qüvvələrinin baş qərargahlarının nümayəndə heyətlərinin iştirakı planlaşdırılır", - Sebastyanov bildirib.
İclasda, həmçinin MDB İcraiyyə Komitəsinin və Birliyin Müdafiə Nazirləri Şurası katibliyinin nümayəndələri iştirak edəcəklər.
Görüş zamanı iclas iştirakçıları hərbi təyinatlı peyk əlaqəsinin və 12 mart 1993-cü ildən onların sonrakı təkmilləşdirilməsi sistemlərindən istifadə haqqında razılaşmaya dəyişikliklərin daxil edilməsi üzrə tədbirlərin müzakirəsi nəzərdə tutulub. Həmçinin MDB iştirakçısı olan dövlətlərin Silahlı qüvvələrinin dövlət sirrinin mühafiəsi xidmətlərinin qarşılıqlı fəaliyyətinin perspektivləri müzakirə ediləcək.
Habelə 2014-cü ildə MDB iştirakçılarının Silahlı qüvvələrinin birgə tədbirlər planının uyğunlaşdırılması və onun reallaşdırılması yollarının müəyyən edilməsi planlaşdırılır.
AzNews.az