"ABŞ-a etibar etməyin" - Ruhanidən Koreyaya xəbərdarlıq (Foto)

9 Avqust 2018 22:03 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bunu Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho ilə görüşü zamanı İran Prezidenti Həsən Ruhani deyib.

O bildirib ki, Vaşinqton öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:

“Vaşinqtonun son illərdəki fəaliyyəti ona gətirib çıxarıb ki, ABŞ administrasiyası bütün dünyada öz öhdəliklərini icra etməyən etibarsız tərəfdaş kimi qəbul olunur”.