Səudiyyə Ərəbistanında zəvvarlar üçün yeni xidmət

9 Avqust 2018 22:54 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, nazirliyin məlumatına görə, uşaqlar üçün təhlükəsiz təhsil və əyləncə mühitinin yaradılması, habelə onların həcc günlərində böyük insan axınından qorunması məqsədilə azyaşlılar uşağa qulluq üzrə ixtisaslaşmış personalın nəzarəti altında olacaqlar.

Qeyd olunur ki, bu il ziyarət mövsümündə uşaqları Hicri təqvimi ilə zilhiccə ayının 7-dən 13-dək qəbul edəcəklər. Uşaq otaqları və bağçalarında işləyən tərbiyəçilər balacalarla beş dildə - ərəbcə, ingiliscə, fransızca, malayca və türkcə ünsiyyət quracaqlar.

AzNews.az