Vətəndaşları aldadan iş adamı axtarışdadı
27 Mart 2013 13:33 (UTC+04:00)
Azərbaycanda vətəndaşlara qarşı dələduzluq edən türkiyəli iş adamı axtarışa verilib.
Bu barədə apa-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.
Məlumata görə, 52 yaşlı Metin İhsan Mehmet Ali Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə axtarış elan olunub.
Qeyd edək ki, Metin İhsan Mehmet Ali Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
AzNews.az