Daha bir məşhur "O səs Türkiyə"-dən ayrıldı

9 Avqust 2018 23:57 (UTC+04:00)

AzNews.az bildirir ki, Türkiyənin "Vatan" və "Posta" qəzetlərinin maqazin müdirlərinin hazırlayıb təqdim etdiyi, "TV2"də efirə gedən "2. Sayfa" proqramının xəbərinə görə, Gökhan Özoğuzdan sonra Yıldız Tilbe də "O Ses Türkiye"nin münsiflər heyətinə əlvida deyib.

Qeyd edək ki, həyat yoldaşı Rza Zərrabla ağır günlər yaşadığına görə yarışmaya fasilə vermiş Ebru Gündeşin tanınmış müğənninin əvəzinə münsiflər sırasında yer alacağı iddia edilib.

Nurlan AĞA,
AzNews.az