Daha bir körpə doğuş zamanı öldü

10 Avqust 2018 10:14 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhərində yerləşən özəl klinikalardan birində baş verib.

Gəncə şəhər sakini,1994-cü il təvəllüdlü Mahirə Mahir qızı Qarayevanın dünyaya gətirdiyi körpə doğuş zamanı ölüb. Körpənin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

AzNews.az