AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, məlumatda, həmçinin 30 turistin Minnarda fəlakət zonasında olduğu qeyd edilir. Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatlarını çətinləşdirir. Kerala ştatında torpaq sürüşməsinə səbəb çərşənbə günündən bəri yağan güclü yağışlar olub.
Bundan əvvəlki məlumatda 20 nəfərin öldüyü bildirilmişdi. Kerala ştatının rəhbərliyi yerli sakinlərin təxliyəsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə federal hökumətdən yardım istəyib.
AzNews.az