20 min insan didərgin düşdü, səbəbi isə...

10 Avqust 2018 14:25 (UTC+04:00)

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Kaliforniya qubernatoru Cerri Braun hər iki dairənin ərazisində fövqəladə vəziyyət rejimi elan edib. O, alovun minlərlə evə təhlükə yaratdığını bildirib və əhalini təhlükəli zonalardan uzaqlaşmağa çağırıb.

Kaliforniyada bir neçə həftədir davam edən yanğınlar nəticəsində azı 10 nəfərin həlak olduğu barədə məlumat yayılıb. Ştat hökumətinin məlumatına əsasən, “Holi” adı verilən yanğın artıq 4 min hektar əraziyə yayılıb. İsti hava şəraiti və quraqlıq, həmçinin güclü külək yanğının söndürülməsi əməliyyatlarını çətinləşdirir.

Bu gün yerli məhkəmədə yanğını törətməkdə ittiham edilən 51 yaşlı Forrest Klarkın məhkəməsi başlayacaq. Günahı sübut olunacağı təqdirdə onu ömürlük həbs cəzası gözləyir.

AzNews.az