Prezident ABŞ konqresmenləri ilə çox önəmli görüş keçirib - Rəsmi

10 Avqust 2018 15:32 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi bildirildi, ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin Azərbaycana səfərinin əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyi vurğulandı.

Söhbət zamanı Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara fəal dəstək verdiyi qeyd edildi, ölkələrimizin beynəlxalq terrorizmə qarşı mübarizədə səylərinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Görüşdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzNews.az