Neft şirkəti büdcə ödənişlərini artırıb

27 Mart 2013 14:16 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin fevral ayında dövlət büdcəsinə 132,285 mln. manat vəsait ödəyib. ARDNŞ-dən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin fevral ayına nisbətən 43,9% çoxdur.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında şirkət büdcəyə 266,516 mln. manat ödəyib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,1% çoxdur.

Bundan əlavə, cari ilin fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,4 mln. manat vəsait köçürüb ki, bu da ötən ilin fevral ayına nisbətən 1,1% çoxdur.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında ARDNŞ tərəfindən DSMF-yə ödəniş 24,167 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisini 1,9% üstələyir.

AzNews.az