“DOST Agentliyinin yaradılması...” - Vüqar Rəhimzadə

10 Avqust 2018 17:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs-DOST Agentliyinin yaradılması həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələrindəndir:

“DOST Agentliyinin yaradılmasında məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır. Fərmanda nəzərdə tutulduğu kimi, bu sahədəki xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçiriləcək. Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin ediləcək. Vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsi təmin ediləcək. Bu mənada sosial siyasət sahəsindəki islahatlar qanunvericilik bazasını daha da təkmilləşdirməklə yanaşı, vətəndaşlara daha çevik, şəffaf xidmətlərin göstərilməsinə hesablanıb.”

AzNews.az