AzNews.az xarici mətbuata istinadən bildirir ki, Türkiyə prezidentinin Bayburt çıxışından sonra xəzinə-maliyyə naziri Berat Albayrak iqtisadi təqdimatla çıxış etdiyi vaxtda ABŞ prezidenti də Türkiyə ilə bağlı tvit atıb.
“Türk lirəsi bizim çox güclü dollarımız qarşısında sürətli şəkildə aşağı düşərkən Türkiyəyə qarşı olaraq polad və alüminium sahəsində gömrük vergilərinin ikiqat artırılmasına göstəriş verdim! Artıq alüminium sahəsində 20%, polad sahəsində isə 50% gömrük vergisi var. Bu aralar Türkiyə ilə münasibətlərimiz heç yaxşı deyil”.
Nurlan AĞA
AzNews.az