Hamam tikirdi, yıxılaraq öldü - Şəkidə bədbəxt hadisə

10 Avqust 2018 22:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Şəki rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Mürsəlov Nurəli Bayraməli oğlu kənd ərazisindəki evlərdən birində hamam tikərkən təxminən 2 metr hündürlükdə tirin üzərindən yıxılıb.

Fəhlə Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılsada da, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Mürsəlov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.