AzNews.az-ın məlumatına görə, bu barədə rusiya XİN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Rusiya tərəfi mövcud "Skripal işi" ilə bağlı Vaşinqtonun sanksiyalarına qarşı kəskin etirazını bildirib.
Bundan əlavə, tərəflərin telefon danışığında beynəlxalq gündəm, o cümlədən Suriyadakı vəziyyətlə bağlı bir sıra məsələlər müzakirə edilib.
Xatırlad ki, bu il, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Solsberi şəhərinin mərkəzində "Noviçok" adlı kimyəvi maddə ilə zəhərlənmişdi.
Bu məsələ mart ayından bəri Rusiya,ABŞ və Böyük Britaniya arasında əsas prioritet hesab olunur.
