İsmayıllıda 4 otaqlı ev yanaraq kül oldu - Fotolar + Video

10 Avqust 2018 23:57 (UTC+04:00)

AzNews.az ARB Tv-yə istinadən xəbər verir ki, Baloğlan Gərayeva məxsus 1 mərtəbəli 4 otaqlı kürsülü evin 72 kv metrlik evə bitişik çardaq hissəsi yanıb.

Əraziyə FHN-in İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 15 canlı qüvvəsi cəlb olunub. Alovun evə və digər tikililərə keçməsinin qarşısını alınıb. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.