İntihar etmək üçün təyyarə qaçırtdı - Yenilənib

11 Avqust 2018 12:06 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən bildirir ki, Takoma Hava Limanında “Horizon Air”ə aid təyyarələrdən biri 29 yaşındakı işçi tərəfindən qaçırdılıb. Təyyarə hava limanından 25 mil cənub-qərbdə yerləşən Ketron adası yaxınlığında düşüb.

Təyyarə qaçırıldıqdan dərhal sonra “F15” tipli döyüş təyyarəsi səmaya yüksəlib. Hava limanındakı uçuşlar təxirə salınıb. Qaçırılmış təyyarənin “F15” tərəfindən endirildiyi haqqında məlumat verilməyib.

Təyyarəni oğurlamış şəxsin intihar təşəbbüsündə olduğu irəli sürülüb.

Nurlan AĞA
AzNews.az

***

09:32

Qaçırılan təyyarə qəzaya uğradı - ABŞ-da müəmma

ABŞ-ın Sahil Mühafizə Xidmətinə Sietl şəhərindən təyyarə qaçırılması barədə məlumat daxil olub.

Trend-in məlumatına görə, həmin xəbərdən 15 dəqiqə sonra isə Vaşinqton ştatında Ketron adası yaxınlığında təyyarənin qəzaya uğraması barədə xəbər daxil olub.

Hadisə yerinə xilasedicilər yola düşüb.

Qaçırılan təyyarənin "Alaska Airlines" aviaşirkətinə məxsus olduğu bildirilir.

Təyyarədə sərnişin olmaması ehtimal edilir.