Bakıda taksi qırmızı işıqda keçdi, nəticədə... - Foto-Video

11 Avqust 2018 11:37 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Belə ki, Büllbül prospekti ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan 90-XL-035 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilinin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman "Mercedes"-in sürücüsü idarəetməni itirərək Füzuli küçəsində işıqforun yaşıl işığından keçən "Vaz 2107"-ə çırpılıb.

"Vaz 2107"in içərisində olan ailənin üç üzvü yüngül bədən xəsarətləri alıb.

Hər üç şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.