İlin sonuncu Günəş tutulması başladı

11 Avqust 2018 12:10 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Bakı vaxtı ilə saat 12.02-də başlayan təbiət hadisəsi (qismən tutulma), saat 13.46-da maksimum səviyyədə olacaq. Bildirilir ki, proses saat 15.30-da başa çatacaq.

Qeyd olunur ki, ilin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

Qeyd edək ki, bu ilin ilk Günəş tutulması fevralın 15-də baş verib.İlin ikinci Günəş tutulması isə iyulun 13-də qeydə alınıb. Bakı vaxtı ilə saat 05:48-də başlayan İkinci Günəş tutulması hadisəsi saat 08:13-də başa çatıb.

AzNews.az