Evindən narkotik və silah çıxdı

11 Avqust 2018 14:18 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Telman Abbasovun evinə baxış zamanı oradan 67,2 qram civə, 8,5 qram marixuana, 2 ədəd qaz tapançası, ona aid 7 ədəd patron və 2 ədəd patron darağı, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 1 ədəd tir tüfəngi və 72 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

AzNews.az