Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Saka onun üçün məhkəmədən istənilən 30 ilin 10 ilə endirilməsi müqabilində günahını boynuna almağa razılıq verib.
Ölkənin Baş Prokurorluğuna iyulda ünvanlanmış sənəddə onun 2004-2009-cu illərdə prezidentliyi dövründə 301 milyon dollar vəsaitin mənimsənilməsi faktı yer alıb.
“Bu prosedurun qısaldılmasıdır. Bu, işin ləğv edilməsini nəzərdə tutmur. Biz respublikanın keçmiş prezidentinə 10 il həbs cəzası təklif edirik” – Baş prokurorluğun Maliyyə Tədqiqatları şöbəsinin müdiri Xorxe Kortes bildirib.
AzNews.az