Keçmiş baş nazirin qardaşı həbs edildi - Ermənistanda

11 Avqust 2018 17:37 (UTC+04:00)

"Report" TASS-a istinadən xəbər verir ki, C.Abraamyanın barəsində iri həcmdə silah-sursatın qanunsuz əldə edilməsi və saxlanılmasında ittiham irəli sürülüb.

Məhkəmə C. Abraamyanın barəsində iki ay müddətinə həbs qətikman tədbiri seçib, araşdırma aparılır.

Qeyd edək ki, C.Abraamyan 1 mart 2008-ci il müxalifətin etiraz aksiyası zamanı baş vermiş qətl işlərində günahlandırılır.

Xatırladaq ki, Ovik Abraamyan 2014-2016-cı illərdə Ermənistanın baş nazir vəzifəsində çalışıb.

AzNews.az