Qahirə qana boyanacaqdı, amma...

11 Avqust 2018 18:56 (UTC+04:00)

AZƏRTAC Misir KİV-lərinə istinadla xəbər verir ki, məbədə gələnlərə hücum planlaşdıran intiharçı-terrorçu kilsə ətrafında ciddi təhlükəsizlik tədbirləri həyata keçirildiyindən partlayışı vaxtından əvvəl törədib. O, yerindəcə keçinib. Partlayışdan heç kim zərər çəkməyib.

Hazırda hüquq-mühafizə orqanlarının nümayəndələri müşahidə kameralarını izləyirlər.

Xatırladaq ki, bu günlərdə xristian-qibtilər həmin məbəddə Müqəddəs Məryəm Ananın mövludunu qeyd edirlər.

AzNews.az