Keralada kritik vəziyyət - Ölənlərin sayı durmadan artır (Fotolar)

12 Avqust 2018 13:27 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, güclü leysan bənd və çayları daşırıb, magistral yolları dağıdıb, evlərin sel-su altında qalmasına səbəb olub.

Nəticədə ölənlərin sayı 30 nəfərə çatıb.

Təxminən 54 min nəfər evsiz-eşiksiz qalıb.

7 avqustun bəri yağan yağışlara görə ölkənin müxtəlif bölgələrində fövqəladə vəziyyət elan edilib.