Nobel mükafatı laureatı vəfat etdi

12 Avqust 2018 13:03 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, yazıçının həyat yoldaşının yaydığı məlumatda Naypolun ailəsinin yanında vəfat etdiyi bildirilib.

Naypol 1932-ci ildə Trinidad və Tobaqoda anadan olub. İl kitabı “Migel küçəsi” olub. 1971-ci ildə “Asılmış vəziyyətdə” (In a Free State) əsərinə görə Buker mükafatını qazanıb. Daha sonra həmin əsər onilliyin ən yaxşı əsər siyahısına əlavə edilib.

2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Xatırladaq ki, V.S.Naypola 2011-ci il oktyabrın 12-də Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verilib. O, həmin il Bakı Beynəlxalq Forumunda da fəal iştirak edib.

AzNews.az