Xəzəryanı dövlətlərin V Zirvə toplantısı öz işinə başlayıb

12 Avqust 2018 13:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov Aktauya səfər ediblər. Prezidentlər hava limanından dərhal toplantının baş tutacağı “Dostluq evi”nə yollanıblar.

Tədbiri giriş nitqi ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb.

Xatırladaq ki, Zirvə toplantısının gündəliyinə 3 əsas məsələ daxil edilib: Xəzər dənizinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq məsələləri və regional və qlobal mövzular. Toplantının yekunu olaraq Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasının imzalanması nəzərdə tutulur.