Xarici dövlətlərin hərbi gəmiləri Bakı limanını tərk edib - Fotolar

12 Avqust 2018 14:52 (UTC+04:00)

AzNews.az Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Cövşən”, “Peykan” raket katerləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya, eləcə də “SB-45” xilasetmə yedək və Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmiləri avqustun 12-də Bakı limanını tərk edib.