Daşkəsəndə nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib - Foto

12 Avqust 2018 17:42 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, belə reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi və ETSN-in əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrindəki avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Bununla yanaşı dəfələrlə maarifləndirici işlər, qanunamüvafiq digər tədbirlər görülməsinə baxmayaraq, reyd zamanı sürücülük hüququ olmadan avtomobil idarə edərək həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər aşkarlanıb.

Eyni zamanda, sərnişindaşıma və digər kobud qayda pozuntularına yol verən sürücülər də müəyyənləşdirilərək barələrində protokol tərtib olunub. Dövlət yol polisinin və ETSN-in birgə təşkilatçılığı ilə keçirilən “Təmiz hava” aylığı aksiyası avqustun 31-dək davam edəcək.