AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, elmi ictimaiyyətdə kağız batareyalarınn ekoloji alternativ qismində istifadə edilməsi imkanı ilə bağlı müzakirələr uzun müddətdir aparılırdı. Lakin bunu reallaşdırmaq indi mümkün olub.
Məlumata görə, bu dəfə isə tədqiqatçılar tərəfindən kağız və texniki polimerlərin hibridindən istifadə edən kağız biobatareya hazırlanıb. Tədqiqatçılar qrupu suda batareyanın deqradasiyasını yoxlayıb və bu prosesi xüsusi qurğular və şərait olmadan və ya mikroorqanizmlər tətbiq etmədən işə sala bilib. Polimer kağız konstruksiyalar çox yüngül, ucuz və elastik olur. Bundan başqa, gücün artırılmasına adi üst-üstə yığılma və ya elastik kağız polimer qurğuların deformasiyası vasitəsilə nail olmaq mümkündür. Biobatareyaların istehsal prosesi çox sadədir və material tələblərdən asılı olaraq modifikasiyalara imkan verir.