Konsert zamanı faciə - 130 nəfər...

13 Avqust 2018 10:53 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qəza axşam saatlarında "O Marisquiño" festivalı çərçivəsində keçirilən konsert zamanı baş verib.

Taxta platforma konsert iştirakçılarının ağırlığına dözməyib və səhnə dənizə aşıb. Bir çoxlarının suya düşdüyü bildirilir.

Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib. 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı polis tərəfindən araşdırmalar başlayıb.

AzNews.az