Türkiyə ABŞ-a qarşı - 9 milyardlıq...

13 Avqust 2018 11:47 (UTC+04:00)

Modern.az “Haber Türk” nəşrinə istinadən xəbər verir ki, Mərkəzi Bank banalara yardım üçün 10 milyard lirə, 6 milyard dollar və 3 milyard dollar dəyərində qızıl yardım etməyə qərara alıb. .

Bankın bəyanatında ümumilikdə 12 milyard dollar dəyərində maliyyə yardımı tətbiq edildiyi bildirilir.

Yardımın maliyyə bazarlarının səmərəli fəaliyyətini dəstəkləmək və banklardakı likviditlərin idarə olunmasında elastikliyin təmin olunması məqsədilə verildiyi qeyd edilir.

Bununla yanaşı, banklara kredit götürülməsi zamanı müxtəlif yeniliklər də tətbiq edilib.

Belə ki, artıq lirə ehtiyat mexanizmi çərçivəsində tələb olunan ehtiyatlarda ABŞ dolları ilə yanaşı avrodan da istifadə edilə bilər. Həmçinin xarici valyuta öhdəlikləri üzrə maksimal orta göstərici 8 faizə çatdırılıb.

Qeyd edək ki, ABŞ-Türkiyə gərginliyi fonunda lirə dollar qarşısında rekord həddə ucuzlaşıb. 1 dollar 7 lirəni keçib.

AzNews.az