Konvensiya tərəflərə iqtisadi planlarını daha sərbəst reallaşdırmaq imkanı verəcək - EKSPERT

13 Avqust 2018 12:43 (UTC+04:00)

AzNews.az Hafta.az-a istinadən xəbər verir ki, bu fikirləri rusiyalı iqtisadçı ekspert Oleq Matveyçev səsləndirib.

Onun sözlərinə görə, Xəzər böyük neft yataqları və geniş nəqliyyat arteriyası deməkdir. İndi bütün mübahisəli məsələlər konvensiya əsasında həllini tapacaq:

"Bu iştirakçı dövlətlərə daha sərbəst şəkildə özlərinin iqtisadi planlarını reallaşdırmaq imkanı verəcək. Sazişin hərbi əhəmiyyəti ondan ibarətdir ki, bölgədə üçüncü qüvvələrin iştirakına icazə verilmir".

Ekspertin sözlərinə görə, Konvensiyanın imzalanmasının siyasi əhəmiyyətini artıran digər bir amil isə, sahilyanı ölkələrin müxtəlif maraqlarının olmasına baxmayaraq bir sıra məsələlərdə həmrəylik nümayiş etdirə bilməsidir".

AzNews.az