“Talışıstanın səsi” radiosu haqqında açıqlama

27 Mart 2013 15:53 (UTC+04:00)
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Qarabağ separatçılarının martın 20-dən Şuşa şəhərində "Talışıstanın səsi" adlı radio yayımlamağa başlaması ilə əlaqədar açıqlama yayıb.

Səfirliyin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın müstəqilliyinə xələl gətirə biləcək fəaliyyətlərə qarşıdır: "İrana qarşı olan bəzi İran vətəndaşları da dünyanın bir çox KİV-lərində fəaliyyət göstərməkdədir və belə şəxslərin "Talışıstanın səsi" adlı radioda olması onların İranla əlaqədar olduğu anlamına gələ bilməz".

Qeyd edək ki, bəzi Azərbaycan KİV-lərinin yazdığına görə, radio aparıcılarının danışıq tərzinin linqvistik analizinin nəticəsi güman etməyə əsas verir ki, həmin şəxslər İran ərazisində yaşayan talışlardır. Bu səbəbdən həmin radio şirkətində İran vətəndaşı olan talışların çalışdığı ehtimal olunub.

AzNews.az