Azərbaycanın məşhur “zob” həkimindən açıqlama: “Bir çox hallar mövcuddur”

13 Avqust 2018 13:59 (UTC+04:00)

“Endokrinologiya hormonal xəstəlikləri öyrənən elmdir. Hazırda ən çox yayılan növləri qalxanabənzər vəzi xəstəlikləri, diabet, menustral tskil pozğunluqları , hipofiz xəstəlikləridir. Şəkərli diabetin özünün də bir çox tipləri vardır. Hansı ki, birinci tip, ikinci tip, hamilələrdə hestasion diabet kimi növləri var. El arasında “zob” xəstəliyi kimi tanınan qalxanvari vəzin patologiyaları ilə də məhz endokrinologiya elmi məşğul olur. Eyni zamanda qalxanvari zobun da düyünlü zob, zəhərli zob, hipatireoz hal və bir çox halları mövcuddur, bu problemlərin də həlli üçün pasientlər bizimlə əlaqə yaradırlar. Həmçinin artıq çəki və piylənmə xəstəliyi də ölkəmizdə çox yayılıb.

Piylənmənin səbəbləri müxtəlif ola bilər. Yəni, piylənmə şəkərli diabetin fonunda da yarana bilər və yaxud da əksinə. Artıq çəkiyə hormonal pozğunluq, böyrəküstü vəzin problemləri , hipofiz vəzinin problemləri də səbəb olur. Bundan başqa hər hansı bir xəstəliyin müalicəsi zamanı bədənə istifadə olunan hormonal preparatlarından da yarana bilər. Daha çox müraciət edənlər, əsasən, diabet xəstələridir. Tüklənmədən əziyyət çəkən xanımlar da son illər bizə çox müraciət edir. Bunun da səbəbləri çoxdur. Yəni öncədən xəstəni qəbul edib, dinləyirik, analizlərə baxırıq. Bədəndə hansı hormon normadan artıq ifraz olunarsa, xəstəni həmin hormona uyğun müalicə edirik.”

Səidə NURMƏMMƏDLİ
AzNews.az