Azərbaycanın real ÜDM-i artıb - “Moody's”

13 Avqust 2018 15:02 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.

"Bununla belə, ölkənin böyük maliyyə akitvləri kredit profilinə əhəmiyyətli dərəcədə dəstək olur", - deyə hesabatda qeyd edilib.

"Moody`s" həmçinin bəyan edib ki, bu il Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 2017-ci ildə 0,1%, 2018-ci ilin ilk 5 ayında isə 1,6% artıb. İqtisadi inkişaf göstəricisinin 2018-ci ilin yekununda 2%, 2019-cu ilin yekununda isə 3% təşkil edəcəyi proqnozlaşdırırlar.

"Artım neftin bahalaşması və təbii qaz ixracının həcminin artması hesabına olacaq", - deyə "Moody`s" vurğulayıb.

AzNews.az