Prezident İlham Əliyev əsgər ölümü ilə bağlı işi nəzarətə götürdü

13 Avqust 2018 15:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dünyasını dəyişmiş əsgərin atası Trend-ə açıqlamasında bildirib ki, görüşdən və ona verilən məlumatlardan razı qalıb: “Baş prokuror bildirdi ki, iş şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Açılmış cinayət işinin istintaqı barədə mənə ətraflı məlumat verdi. Bildirdi ki, artıq bu işdə təqsiri olan 3 nəfər həbs olunub”.

Əsgər atası onu da bildirib ki, ədalətli, düzgün istintaqın aparılmasına, hadisələrdə təqsiri olanların haqqında qanuni tədbirlərin görüləcəyinə inanır: “Hadisənin siyasiləşdirilməsinin isə qəti əleyhinəyəm”.

AzNews.az