Türkiyədə 346 profil nəzarətə götürüldü - Dollar manipulyasiyasına görə

13 Avqust 2018 15:59 (UTC+04:00)

AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, son vaxtlarda Türkiyə iqtisadiyyatını hədəf alaraq dolların kursu ilə bağlı manipulyasiya xarakterli paylaşımlar haqqında tədbir görülüb.

Həmin paylaşımlar Əmniyyət Müdirliyi Kiber Cinayətlərlə Mübarizə Dairə Sədrliyi tərəfindən izlənilir və lazımi qanuni proseslər davam etdirilir.

07.08.2018 tarixindən etibarən sosial media vasitəsilə dolların artımını provakasiyaedici və mənfi rəy yarada biləcək şəkildə paylaşımlar edən 346 profil təsbit olunub və mövzu ilə bağlı olaraq təhqiqata başlanılıb.

Nurlan AĞA
AzNews.az