Həmyerlimiz Rusiyada adam öldürdü

27 Mart 2013 16:18 (UTC+04:00)
Rusiyanın Leninqrad vilayətində iki kişi 89 yaşlı təqaüdçünü sərt şəkildə döyüb və pullarını götürərək hadisə yerindən qaçıblar.

Hadisədən 5 gün sonra Böyük Vətən müharibəsi veteranı reanimasiyada dünyasını dəyişib.

Hadisəni Rusiya ərazisində qeyri-qanuni yaşayan 45 yaşlı Azərbaycan vətəndaşı və əvvəllər məhkum olunmuş yerli sakinin törətdiyi məlum olub.

Fövqəladə vəziyyət Slantsı şəhərində qeydə alınıb. Vaxtikən Leninqradın mühasirədən çıxması və azad edilməsində iştirak edən veteran Dmitri Barinov evinin kanalizasiya borularını yeniləmək qərarına gəlib. Mənzil istismar idarəsində qiymətlər baha olduğundan veteran qənaət etmək və elan vasitəsilə usta çağırmaq qərarına gəlib. Lakin onların gördüyü işə baxan zaman onun pis görüldüyü ortaya çıxıb. Bu səbəbdən veteran onlara pul verməkdən imtina edib. Belə olduqda isə müftəxorlar pulu kişidən qoparmaq qərarına gəliblər. Onlar veteranı döyərək 400 rublunu (təqribən 13 dollar) əlindən alıblar və hadisə yerindən qaçıblar.

45 yaşlı azərbaycanlı İlham Osmanov saxlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib. Yaxın günlərdə həmyerlimizə qarşı ittiham irəli sürüləcək. 29 yaşlı Yevgeni Kirillov da nəzarət altına alınıb. Faktla bağlı cinayət işi qaldırılıb.

AzNews.az